Qeyri-qanuni immiqrantlar Hərbi Hava Qüvvələrinin təyyarələri ilə ölkədən çıxarılır
Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasından bir neçə gün sonra ABŞ hakimiyyəti ölkədə qeyri-qanuni olan miqrantların kütləvi şəkildə çıxarılmasına başlayıb.
SİA-nın məlumatına görə, Trampın mətbuat katibi Caroline Leavitt yanvarın 24-nə keçən gecə X Platformasında bildirib ki, artıq ABŞ-a qeyri-qanuni yollarla daxil olan 538 nəfər saxlanılıb və “yüzlərlə” ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrində deportasiya edilib.
Onun sözlərinə görə, indi “tarixdə ən böyük deportasiya baş verir”. ABŞ Sərhəd Xidməti 538 nəfərin saxlandığını təsdiqləyib və əlavə edib ki, onlardan 373-ü haqqında həbs orderi verilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə