Hindistan bankları Rusiya nefti üçün ödənişləri əngəlləyir..?

...Müharibə başlayandan sonra Rusiyadan barel alışını 33 dəfə artıran və Çindən sonra Rusiyaya ikinci ən böyük barel idxalçısına çevrilən Rusiya neft şirkətləri Hindistan bazarında yeni zərbə alıb.

SİA-nın məlumatına görə, “EnergyIntel” xəbər verir ki, Hindistan bankları ABŞ-ın sanksiyalarının sərtləşdirilməsindən sonra Rusiya mənşəli “qara qızıl” üçün ödənişlərin qarşısını almağa başlayıb.

“Kölgə donanmasının” 180-dən çox tankeri, “Qazprom Neft”, “Surqutnefteqaz”, sığorta şirkətləri, eləcə də neft-qaz şirkətlərinin 6 top-menecerinə təsir göstərib.

...Neft idxalının üçdə birini Rusiya tədarükünə güvənən Hindistandakı banklar və neft emalı zavodları Bayden administrasiyasının yanvarın 10-da qüvvəyə minən “vida” sanksiyalarını fərqli şərh edirlər.

EnergyIntel-in məlumatına görə, Hindistan Dövlət Bankı və Pəncab Milli Bankı ən ehtiyatlı, özəl banklar isə daha yumşaq mövqe tutublar.

Keçən il Rusiya Hindistana sutkada 1,7 milyon barel və ya dəniz yolu ilə daşınan neftin demək olar ki, yarısını ixrac edib. Sanksiyalar neft emalı zavodları mart ayı üçün satınalmalar üzrə danışıqlar apararkən məlum olub ki, bu da onları təcili olaraq alternativ təchizatçılar axtarmağa məcbur edib.

Reuters agentliyinin məlumatına görə, Hindistan zavodları artıq Oman və BƏƏ-dən xammal almağa razılaşıblar. Bundan əlavə, onlar Səudiyyə Ərəbistanı ilə danışıqlara başlayıblar və Qərbi Afrikada tədarükçülər axtarırlar, vəziyyətlə tanış olan mənbə “Platts”-a bildirib.

...S&P Global Commodity Insights-a görə, sanksiyaya məruz qalmış Surgutneftegaz və Qazprom Neft Hindistana Rusiya neft ixracının təxminən 20 faizini təşkil edir, sanksiyalarla qara siyahıya alınan tankerlər isə ölkəyə sutkada 450 min barel və ya bütün tədarükün dörddə birini daşıyırdı.

Hindistan səlahiyyətliləri ABŞ Maliyyə Nazirliyinin qara siyahıya salınmış şəxslərlə bütün əməliyyatları tamamlamaq üçün müəyyən etdiyi müddətin bitdiyi tarixdən, martın 12-dən sonra sanksiya tətbiq edilmiş tankerlərin ölkə limanlarına daxil ola bilməyəcəyinə qərar verib. Yeni Dehlidəki yüksək rütbəli məmur Bloomberg-ə bildirib ki, bu tarixə qədər Hindistan sanksiyalar tətbiq edilməmişdən əvvəl yüklənmiş tankerləri qəbul etməyə hazırdır.

...Ümumilikdə, Alfa Bank analitiklərinin daha əvvəl hesablamalarına görə, Amerika sanksiyalarının sərtləşdirilməsi səbəbindən Rusiya gündəlik neft ixracını 800 min barelə qədər itirə bilər. Bu, ölkədən dəniz yolu ilə ixrac edilən hər üçüncü barel və Beynəlxalq Enerji Agentliyinin gündə 5 milyon barel qiymətləndirdiyi ümumi ixracın hər yeddinci hissəsidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə