“Hər kəsin hüquq və azadlıqlar çərçivəsində inancını yaşamaq haqqı var”

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç Avropada və dünyanın müxtəlif bölgələrində islamofobiya yanaşmalarının artdığını vurğulayıb.

O, Türkiyənin Almaniyanın Düsseldorf şəhərindəki baş konsulluğunda türk qeyri-hökumət təşkilatları və dərnək nümayəndələri ilə bir araya gəlib.

SİA-nın məlumatına görə, Baş müşavir burada çıxışı zamanı insanların yaşadıqları yerdə öz dini inancını istədiyi şəkildə yaşama və qoruma haqqının vacibliyinə diqqət çəkib.

Avropada və dünyanın müxtəlif yerlərində islamofobiya yanaşmalarının artdığını qeyd edən Kılıç “Buna qarşı mübarizəmizi qətiyyətlə aparmalıyıq. Çünki insanların inancına görə ayrı-seçkiliyə məruz qalması həm humanist, həm də İslami dəyərlərimizə ziddir. Hər kəsin hüquq və azadlıqlar çərçivəsində öz inancını yaşamaq haqqı var” deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə