İsrailli nazirlər birgə istefa verib

İsrailin milli təhlükəsizlik naziri ifrat sağçı İtamar Ben-Qvir istefa verib.

SİA-nın məlumatına görə, Ben-Qvir və rəhbərlik etdiyi Yəhudi Gücü Partiyasının nazirlərinin kabinetdəki vəzifələrindən istefa verdikləri bildirilib. Partiyanın açıqlamasına görə, Ben-Qvir Milli Təhlükəsizlik Nazirliyindən, Yiçzak Vasserlof Neqev və Qalile İnkişaf Nazirliyindən, Amiçai Eliyahu isə İrs Nazirliyindən istefa edib.

Ben-Qvir “Həmas” ilə atəşkəs və əsir mübadiləsi razılaşmasının tətbiqinə başlanılması ilə Yəhudi Gücü Partiyasının kabinetdəki digər nazirləri ilə birgə istefa verəcəyini açıqlamışdı.

Xatırladaq ki, Ben-Qvirin rəhbərlik etdiyi Yəhudi Gücü Partiyasının 6 millət vəkili var.

Bütün xəbərlər Facebook səhifəmizdə