Türk Silahlı Qüvvələri davamlı və hərtərəfli əməliyyatlarla terroru mənbəyində məhv edir.
SİA-nın məlumatına görə, son olaraq, İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib. Məlumat Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayınlanıb. Bildirilib ki, İraqın şimalındakı "Pəncə Kilidi" əməliyyatı bölgəsində 3 PKK terrorçusu, Suriyanın şimalındakı "Sülh Çeşməsi" bölgəsində isə 1 PKK/YPG terrorçusu müəyyən edilib. Keçirilən əməliyyat nəticəsində 4 terrorçu zərərsizləşdirilib.
Nazirlik açıqlamasında "Türk Silahlı Qüvvələrimiz terrorçulara nəfəs alma imkanı tanımır" ifadəsi işlədilib. "Əziz vətənimizi terror bəlasından xilas etmək üçün mübarizəmizi böyük bir iradə və qətiyyətlə davam etdiririk, etdirəcəyik", – deyə vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə