50-yə yaxın şəxs həbs edildi

Los-Anceles vilayətində yanğının baş verdiyi bölgələrdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 50-yə yaxın şəxs həbs edilib. SİA xəbər verir ki, bu barədə Los-Anceles vilayətinin rəhbəri Robert Luna deyib. O bildirib ki, 34 nəfər İton və Paliseyds bölgələrində həbs olunub. Onlar soyğunçuluq, başqasının mülkünə qanunsuz daxil olma kimi müxtəlif cinayətlərdə ittiham olunublar. Los-Anceles Polis Departamenti isə şəhər daxilində 14 nəfəri həbs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə