...Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından istifadə etməklə Belqorod vilayətinə zərbələr endirib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya sərhəd vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
Hücum Krasnoyarsk vilayətində baş verib.
PUA-nın zərbəsi nəticəsində elektrik xətti zədələnib, Qrafovka və Repyaxovka kəndləri işıqsız qalıb.
Rayon rəhbəri əlavə edib ki, Rusiya Müdafiə Nazirliyindən razılıq alındıqdan sonra bərpa işlərinə başlanılacaq.
Yanvarın 13-də Çeçenistan rəhbəri Ramzan Kadırov Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ilə gedən döyüşlər barədə məlumat yayıb.
İlkin olaraq siyasətçinin nəşrində düşmənlə döyüşlərin getdiyi yaşayış məntəqəsi göstərilirdi.
Lakin bir müddət sonra Çeçenistan rəhbəri postu redaktə edərək yalnız toqquşmaların Belqorod istiqamətində getdiyi barədə məlumat buraxıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə