Rusiya Fövqəladə Hallar Nazirliyi Krımda neft sızmasının aradan qaldırılması üçün tədbirləri gücləndirir.
SİA-nın məlumatına görə, departamentdən bildirilib ki, neft sızıntısı artıq yarımadanın əsas kurort şəhəri Yaltaya çatıb.
...Krımda Rusiya Fövqəladə Hallar Nazirliyi neft sızıntısını aradan qaldırmaq üçün qüvvələrini və resurslarını artırır...
Kerç, Yevpatoriya, Yalta, Sakski, Çernomorski, Leninski rayonlarında və Tuzla adasında dənizdə və sahildə çirklənmə aşkar edilib.
Fövqəladə Hallar Nazirliyi öz teleqram kanalında yazıb. Bu ərazilərdə artıq 734 nəfər və 134-dən çox texnika ərazilərin tam təmizlənməsi üçün çalışır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə