...Bolqarıstan Odessa vilayətinin etnik bolqarların yaşadığı cənub hissəsini geri qaytarmalıdır.
SİA-nın məlumatına görə, bu barədə “Vozrojdenie” partiyasının lideri Kostadin Kostadinov özünün “Facebook” hesabında yazıb.
...450 ildən artıqdır ki, bu bölgənin yerli əhalisi bolqarlardır. Buna görə də Bolqarıstan və Makedoniyanın vahid ümumi ölkəyə birləşməsi və Cənubi Bessarabiyanın Bolqarıstana qaytarılmasından daha məntiqli heç nə yoxdur,- deyə siyasətçi qeyd edib.
Kostadinov həmçinin əlavə edib ki, Bolqarıstanın Ukrayna və Makedoniyaya qarşı iddiaları ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kanada, Qrenlandiya və Panama kanalını ilhaq etmək tələbləri qədər qanunidir.
Onun sözlərinə görə, belə ərazi iddiaları üçün bütün əsaslar var.
Bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo ərazilərin genişləndirilməsinin zəruriliyi ilə bağlı bəyanatları fonunda Trampa zarafatla ölkəni Amerika ştatlarından birinə dəyişməyi təklif etmişdi.
Xüsusilə, o, Şimali Amerika əyalətinin Kaliforniya və ya Vermont ilə dəyişdirilməsini təklif etdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə