Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) prezidenti Miryana Spolyariç Eggerin Türkiyənin paytaxtı Ankaraya ilk səfərinə dair yazılı açıqlama yayılıb. Livan və Suriyadan sonra Türkiyəyə səfər etdiyi, Xarici İşlər Nazirliyi və Türk Qırmız Aypara Cəmiyyətinin nümayəndələri ilə görüşdüyü vurğulanan açıqlamada "Bu səfər bütün dünyada münaqişə bölgələrində yaşanan ağrıları azaltmaqda humanitar yardımın və beynəlxalq humanitar hüququn oynadığı həyati rola diqqət çəkmək üçün bir fürsət oldu" ifadələri yer alıb.
SİA-nın məlumatına görə, Eggerin açıqlamasında bu sözlərə yer verilib: "ICRC ilə Türkiyə arasındakı əməkdaşlıqda yeni bir səhifə açmağı səbirsizliklə gözləyirəm. Dünyanın dörd bir tərəfində mülki həyat üçün fəlakətli nəticələr doğuran bu qədər münaqişə davam edərkən Türkiyə uzun zamandır ağrıları azaltmaq və beynəlxalq humanitar hüquqa hörməti gücləndirmək baxımından kritik bir rol oynayır."
Türk Qırmızı Aypara Cəmiyyəti ilə möhkəm əməkdaşlıq əlaqəsinə sahib olmalarının vacibliyini qeyd edən Egger "Əməkdaşlığımızı daha da dərinləşdirəcəyimizə ümid edirəm" deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə