Türkiyə MN: ''Son bir həftədə 94 terrorçu zərərsizləşdirilib''

Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam etdirilir.

SİA türk saytlarına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyində keçirilən həftəlik mətbuat konfransında həyata keçirilən terrorla mübarizə əməliyyatları ilə bağlı məlumat verilib.

Məlumatda İraqın və Suriyanın şimalında son bir həftədə 94 terrorçunun, 2024-cü ilin əvvəlindən etibarən isə 3164 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Məlumatda həmçinin ötən həftə terror təşkilatının sığınacaqlarından qaçan daha 4 terrorçunun təhlükəsizlik qüvvələrinə təslim olduğu qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə