...ABŞ-ın iqlimşünasları ölkələri yeni təbii fəlakətlərin riskləri ilə əlaqədar fövqəladə reaksiya prosedurlarını yeniləməyə çağırıblar.
SİA-nın məlumatına görə, alimlər ABŞ sahillərinin təbii fəlakət riski altında olduğunu bildiriblər.
...Kolumbiya Universitetinin alimlərinin yeni məlumatlarına görə, Kanadanın cənubundan Kaliforniyanın şimalına qədər sahil boyu dörd təhlükəli qırılma xətti var.
Bu barədə Daily Mail-in dərc etdiyi məqalədə deyilir.
Bu baxımdan güclü zəlzələ və hündürlüyü 30 metrə çatan sunami riski artır.
Mütəxəssislərin fikrincə, Oreqonun şimalı, Vaşinqton və Britaniya Kolumbiyanın cənubundakı ərazilər risk altındadır. Eyni zamanda, ABŞ-ın qalan hissəsi də irimiqyaslı çirklənmədən əziyyət çəkəcək.
Bununla əlaqədar olaraq, ABŞ-ın iqlim alimləri ölkələri ortaya çıxan faktlar fonunda fövqəladə hallara reaksiya qaydalarını yeniləməyə çağırır.
Xatırladaq ki, bundan əvvəl alimlər yaxınlaşan iqlim böhranı, Yer kürəsini isə planetar fəlakət təhlükəsi ilə üz-üzə qoyduğu barədə xəbərdarlıq etmişdilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə