Sel fəlakəti və torpaq sürüşməsi 16 nəfərin həyatına son qoydu

Cənubi Amerika ölkəsi Boliviyada noyabr ayından bəri baş verən daşqın və torpaq sürüşmələri nəticəsində azı 16 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Boliviyada noyabr ayından bəri davam edən güclü yağışlar həyata mənfi təsir edib. Boliviya Mülki Müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontes keçirdiyi mətbuat konfransında noyabrdan yanvarın ilk həftəsinə qədər davam edən güclü yağışların sel və torpaq sürüşməsinə səbəb olduğunu bildirib. Kalvimontes ən azı 16 nəfərin həyatını itirdiyini, 355 evin zərər gördüyünü, 194 evin isə tamamilə dağıldığını bildirib.

La Pazın qərbində yerləşən Apolo, La Asunta və Luribay bələdiyyələrində fəlakətdən sonrakı işləri idarə etmək üçün fövqəladə vəziyyət elan edilib. Yağışlı mövsümün mart və ya aprel aylarına qədər davam edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə