Türkiyə 2026-cı ildə beşinci nəsil mobil rabitəni (5G) istifadəyə vermək niyyətindədir.
SİA-nın məlumatına görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa videomüraciətində bildirib.
...Biz 2025-ci ildə milli 5G rabitə şəbəkəsinin yaradılması layihəsi çərçivəsində tender keçirəcəyik və onun ilk siqnalını 2026-cı ildə almağı planlaşdırırıq, - deyə Ərdoğan qeyd edib.
Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu daha əvvəl Türkiyədə 5G şəbəkələrinin sınaqlarına başlanıldığını açıqlamışdı. Onun sözlərinə görə, İstanbul Beynəlxalq Hava Limanı da daxil olmaqla, 30 təşkilat onlardan istifadə etmək üçün icazə alıb.
Respublikada mobil rabitə istifadəçilərinin sayı 87 milyon nəfərə yaxındır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə