Hazırda ABŞ Rusiya ilə birbaşa hərbi münaqişə ərəfəsində deyil.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
O, aydınlaşdırıb ki, Vaşinqtonun indiki siyasəti, əksinə, birbaşa münaqişənin qarşısını almağa yönəlib.
...Biz narahatlığımızı Rusiya ilə birbaşa münaqişədən uzaqlaşdıracaq şəkildə həll etdik. Birbaşa qarşıdurma baxımından, mən buna yaxın olduğumuzu düşünmürəm, lakin bu barədə çox diqqətli olmalıyıq.
Blinken bunu “The New York Times”-a müsahibəsində deyib.
Rusiya ilə ABŞ arasında münasibətlər ciddi şəkildə yenidən qurulur.
Bundan əlavə, Blinken qeyd edib ki, Amerika vətəndaşları ABŞ ordusunun münaqişələrdə birbaşa iştirakına qarşıdırlar. O, amerikalıların müharibələrdə iştirakdan qaçmaq və beynəlxalq problemlərin sülh yolu ilə həllinə çalışmaq istədiyini vurğulayıb.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev demişdi ki, o, növbəti əsrdə Rusiya Federasiyası ilə ABŞ arasında dostluq münasibətləri görmür. Əksinə, o, iki güc arasında mümkün qlobal nüvə münaqişəsinə işarə edib.
Bunu Milli Xəbər Xidməti bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə