İspaniya qızıl viza proqramını ləğv edir

...Söhbət böyük investisiyalar müqabilində əcnəbilərə yaşayış icazəsi verilməsindən gedir.

SİA xəbər verir ki, bu barədə hökumət qəzetində dərc olunan qərarda deyilir.

Qeyd olunur ki, keçid müddəasının qüvvəyə mindiyi tarixdə qüvvədə olan investorlar üçün vizalar və icazələr onların verildiyi müddət ərzində qüvvədə qalacaq.

Qeyd olunur ki, təşəbbüs təsdiqləndiyi 2013-cü ildən bəri İspaniyada ən azı yarım milyon avro dəyərində daşınmaz əmlakın alınması müqabilində yaşayış icazələrindən ən böyük faydanı Çin, Rusiya, ABŞ, həmçinin Britaniya vətəndaşları alıblar.

On il ərzində 14500-dən çox belə viza verilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə