Avropa İttifaqı (Aİ) hüququn aliliyini pozduğu səbəbilə Macarıstana ayrılan fond pullarından 1 milyard avro kəsinti etdi.
SİA-nın məlumatına görə, Aİ Komissiyasının mətbuat katibi Anna Kaisa İtkonen Aİ Şurasının Uyğunlaşma Siyasəti çərçivəsində Macarıstana 2022-ci ildə öhdəlik olaraq verdiyi fond pullarının bir hissəsini dondurduğunu bildirdi. O, "2022-ci il üçün dondurulan öhdəliklərin ilk hissəsi 1,04 milyard avro təşkil edir və 2024-cü ilin sonunda başa çatdı" dedi.
Macarıstanın Avropa İttifaqı ilə ayrı düşməsinin təməlləri üzv olan ölkələr arasında ən uzun müddət baş nazirlik edən lider olaraq tanınan Viktor Orbanın 2010-cu ildə vəzifəyə gəlməsi ilə atıldı. Orbanın ənənəvi baxış bucağı, milli suverenliyə önəm verməsi, macar mədəniyyətini ön planda tutan idarəetmə anlayışı və Aİ hüququnun üzv ölkələrin hüququndan üstün olması ilə bağlı tənqidləri bu ayrışmaya səbəb oldu.
Təşkilat 2018-ci ildə Macarıstana qarşı Aİ Şurasındakı səsvermə hüququnun əlindən alınmasını nəzərdə tutan və "nüvə seçimi" adlanan 7-ci maddənin tətbiqi ilə bağlı prosesi başlatdı. Aİ-nin Macarıstana qarşı korrupsiya, mətbuat azadlığı və plüralizm, cinsiyyət bərabərliyi, qaçqın hüquqları kimi mövzulardakı tənqidləri getdikcə daha da sərtləşdi. Eyni dövrdə rəsmi Budapeşt Avropa İttifaqı fondlarından yararlanmasını hüququn aliliyi prinsipinə bağlayan "şərtlilik mexanizmi"nin işə salınması ehtimalına qarşı mühüm məsələlərdə tez-tez veto hüququna müraciət etməyə başladı. Təşkilatınn büdcəsini və “Covid-19” pandemiyasının iqtisadi nəticələrinə qarşı hazırlanan xilasetmə proqramını əngəllədi.
Aİ Komissiyası Macarıstana qarşı mətbuat azadlığının pozulması, cinsiyyət ayrıseçkiliyi, Aİ-nin miqrasiya hüququnun pozulması səbəbilə Ədalət Məhkəməsində iddialar qaldırdı. 2022-ci ildə Avropa Parlamenti Macarıstanın idarəetmə formasını "seçkili avtoritarizm" olaraq təsvir edərək ölkənin Aİ-nin dəyərlərini təhdid etdiyini və artıq demokratik şəkildə idarə olunmadığını qərara aldı. Eyni il, təşkilat fondlarının sui-istifadə edilməsinə dair uzun müddətdir davam edən narahatlıqlar səbəbilə Budapeşt rəhbərliyinə qarşı büdcədən pay verilməsi "şərtlilik mexanizmi" ilə bağlı hala gətirildi.
Hələ də davam edən prosedur çərçivəsində rəsmi Budapeştə 2024-cü ilin sonuna qədər islahatlar aparması lazım olduğu, əks halda fondlardan kəsinti ediləcəyi bildirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə