3 nəfər xəsarət alıb
Yanvarın 3-də günün ikinci yarısında Ermənistanın Gürcüstan ilə sərhədindəki Baqrataşen keçid məntəqəsinin ərazisində pirotexniki məmulatlar anbarında güclü yanğın baş verib.
SİA Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, yanğın nəticəsində 3 nəfər xəsarət alıb.
İlkin məlumatlara görə, yanğın pirotexniki vasitələr bölməsindən başlayıb.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda yanğının lokallaşdırılması istiqamətində işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB