Venesuelada müxalif Edmundo Qonzalezin tutulmasına dair məlumat verənlərə 100 min dollar mükafat veriləcəyini elan edilib.
SİA-nın məlumatına görə, hazırda İspaniyanın paytaxtı Madriddə yaşayan Qonzalezin tutulması üçün mükafat təyin olunduğunu açıqlanıb.
Venesuela Elmi, Cinayət və Kriminalistik Tədqiqatlar Birliyi (CICPC) İspaniyaya sığınan Qonzalezin saxlanmasına kömək edəcək şəxslərə 100 min dollar mükafat veriləcəyini vəd edib.
CICPC rəhbərliyi "Edmundo Qonzalez respublikaya qarşı zorakılıq hərəkətlərinə dəstək vermək, vəzifə səlahiyyətini mənimsəmək, sənədləri saxtalaşdırmaq, çirkli pulların yuyulması, dövlət qurumlarını saymamaq, qanunlara itaətsizlik və cinayətkar qrup yaratmaq ittihamları ilə axtarılır" ifadələrini işlədib.
Bu arada, onun Argentinaya keçəcəyi və burada prezident Xavyer Milei tərəfindən qəbul ediləcəyi ilə bağlı məlumatlar paylaşılıb.
Qonzalez daha əvvəl mediaya verdiyi bəyanatlarda 2025-ci il yanvarın 10-da Venesuelaya gələrək prezident kimi and içmək istədiyini bildirmişdi. Milli Seçki Şurasının 29 iyulda elan etdiyi nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səs toplayaraq üçüncü dəfə prezident seçkisini qazanıb. Müxalifət koalisiyasının namizədi Edmundo Qonzalez və müxalif lider Mariya Korina Maçado seçki nəticələrini qəbul etməmişdi.
Qonzalez haqqında həbs qərarı çıxarıldıqdan sonra həyat yoldaşı ilə birlikdə 8 sentyabrda İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Karakasdan Madriddə getmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə