Berbok Rusiya hərbi bazalarının Suriyadan çıxarılmasını istəyib

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya hərbi bazalarının Suriyanın Latakiya əyalətindən çıxarılmasını istəyib.

SİA-nın məlumatına görə, müvafiq bəyanat Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Xarici işlər naziri Dəməşqə elan olunmamış səfəri zamanı deyib ki, Rusiyanın Suriyadakı hərbi bazalarını tərk etməsinin də vaxtı çatıb.

Onun sözlərinə görə, bu, Ərəb Respublikasının suverenliyinə hörmətdir.

Berbok həmçinin yeni hakimiyyət orqanlarını qadınların və etnik azlıqların nümayəndələrinin daxil olacağı inklüziv hökumət yaratmağa çağırıb.

Eyni zamanda o, Qərb ölkələrinin hakimiyyət orqanlarının yeni rəhbərliyin ideoloji mənşəyini xatırladığını vurğulayıb. Daha əvvəl məlum olmuşdu ki, Almaniya və Fransanın xarici işlər nazirləri Analena Berbok və Jan Noel Barro Suriyaya elan olunmamış səfərə gediblər.

Prezident Bəşər Əsəd vəzifəsini tərk etdikdən sonra Berbok və Barro Suriyaya səfər edən ilk Avropa xarici işlər nazirləri olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə