Rusiya 2024-cü ildə rekord sayda itki verib..?

...Rusiya 2024-cü ildə rekord itki verib - 430 790 nəfər hərbçi. Bu, demək olar ki, 36 motoatıcı diviziyasının sayıdır.

SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Müdafiə Nazirliyinə istinadən bildirib.

Qeyd olunduğu kimi, ötən il ruslar ümumilikdə 2022 və 2023-cü illərlə müqayisədə daha çox itki verib.

İl ərzində və genişmiqyaslı müharibə zamanı ən böyük itkilər dekabrda qeydə alınıb - 48.670 rus hərbçisi.

Rusiya ordusunun canlı qüvvə itkisinə görə əvvəlki rekord 2024-cü ilin noyabrında olub - 45 720 əsgər.

...Bundan əlavə, ötən il Müdafiə Qüvvələri düşmənin 3689 tankını, yəni təxminən 119 tank batalyonunu məhv edib və ya sıradan çıxarıb.

...Ukrayna Silahlı Qüvvələri may ayında xeyli sayda rus tanklarını məhv edib, mayın 12-də bir gündə rusların 31 tankı vurulub. Bu, bir tank batalyonunun texnikasının miqdarıdır. ...Ötən il Ukrayna əsgərləri düşmənin 8956 zirehli döyüş maşınını məhv edib sıradan çıxarıblar - bu, 37-dən çox motoatıcı diviziyasının zirehli döyüş maşınlarının sayıdır. 2024-cü ilin oktyabrında vurulan düşmən zirehli texnikasının ən çox sayı 923 ədəd olub.

Bir ay ərzində məhv edilən bu qədər zirehli döyüş maşını Rusiyaya ən azı yarım milyard dollara başa gəlib. Ötən il ərzində ukraynalı müdafiəçilər də düşmənin 13050 artilleriyasını vurublar. Bu, 725 artilleriya diviziyasının heyəti üçün kifayət edərdi.

...Rusiya rejimi Ukraynaya qarşı müharibədə əsgərlərinin itkilərini gizlətməyə çalışır. Şəxsi hərbi şirkətlərin, muzdluların və digər hərbiləşdirilmiş qüvvələrin itkiləri də susdurulur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna hərbçiləri 792 mindən çox rusiyalını öldürüb.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya 2022-ci il sentyabrın 21-dən 2024-cü il oktyabrın 31-dək səfərbər olunan 98 mindən çox itki verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə