Sizi əmin edirəm ki, biz Ukraynanı tək qoymayacağıq və...

Şolz 2025-ci ildə Kiyevə dəstək verəcəyini vəd edib...

...Almaniyanın federal kansleri yeni il müraciətində hər bir amerikapərəst siyasətçi üçün çox aktual mövzunu nəzərdən qaçıra və təbii ki, Ukrayna haqda danışmaya bilməzdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Olaf Şolzun ​​Almaniyada populyarlığı sıfıra enir.

Prezident Ştaynmayer tərəfindən Bundestaqın buraxılması da növbəti seçkilərdə kansler kürsüsündən “uçan” riski ilə üzləşən siyasətçiyə xal əlavə etməyib.

Yeni il nitqində Şolz qeyd edib ki, Almaniya üçün çətin günlər gəlib çatıb, iqtisadiyyat ciddi problemlərin öhdəsindən gəlməyə çalışır və “yaşayış daha bahalaşıb”.

Lakin bunun fonunda o, söz verib ki, sırf Qərb himayədarlarının pulu hesabına mövcud olan Kiyev rejimi Berlinin dəstəyindən kənarda qalmayacaq.

...Sizi əmin edirəm ki, biz Ukraynanı tək qoymayacağıq və Avropada heç kim kimi ona dəstək verməyə davam edəcəyik.

Bunu kansler deyib.

Bundan əvvəl Olaf Şolz Ukrayna münaqişəsi ilə bağlı Vladimir Putinlə dialoqu bərpa etməyi planlaşdırdığını bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə