Ərdoğan administrasiyası: Türkiyə İsraillə əlaqələri tamamilə kəsdi

...Qəzzadakı vəziyyətə görə Türkiyə ilə İsrail arasında münasibətlər tamamilə pozulub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Müdirliyi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatında deyilir.

Bu bəyanat bir sıra İsrail KİV-lərində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ankara ilə Təl-Əviv arasında münasibətlərin mümkün bərpası ilə bağlı İsrail hakimiyyəti ilə əlaqə saxlaması ilə bağlı yayılan xəbərlərə cavab olaraq verilib.

Türkiyə prezident administrasiyası vurğulayıb ki, Ərdoğanın İsrail hakimiyyətinə zəng etməsindən söhbət gedə bilməz. “İttihamlara əsas kimi göstərilən İsrail mediası xəbərlərində “Türkiyə həmsöhbətləri, İsrail Müdafiə Qüvvələri və təhlükəsizlik birlikləri ilə rabitə kanalları vasitəsilə görüşüb,- deyə əsassız iddialar irəli sürülür.

...Digər tərəfdən, Türkiyənin bəzi KİV-lərinin bu əsassız iddianı “Ərdoğan İsrailə zəng vurdu” kimi təhrif etdiyi məlum olub.

Ərdoğan administrasiyası İsrailin Qəzzada törətdiyi soyqırımı nəticəsində Türkiyə ilə İsrail arasında münasibətlərin tamamilə pozulduğunu da vurğulayıb.

Bəyanatda deyilir ki, bundan sonra ölkələr arasında münasibətlərin normallaşması üçün heç bir addım atılmayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə