Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynada müharibəni dayandırmaq üçün “ilkin şərtlər” görmür.
SİA-nın məlumatına görə, RİA-Novosti təbliğat agentliyi bunu bazar ertəsi, dekabrın 30-da yazır.
...Hazırda Ukrayna münaqişəsinə və ya onun hər hansı bir mərhələsinə son qoymaq üçün heç bir ilkin şərt yoxdur.
Bunu Peskov bildirib.
Dekabrın 30-da “tarixi görüşlər” və “müharibənin qaynar fazasının başa çatması” ilə bağlı onlayn xəbərlər fonunda Peskov Putinin bazar ertəsi üçün heç bir beynəlxalq əlaqə planlaşdırmadığını söyləyib.
Ola bilsin ki, Peskov ukraynalı jurnalist Dmitri Qordonun açıqlamasına reaksiya verib.
Xatırladaq ki, dünən, dekabrın 29-da o, “dekabrın 30-da müharibənin qaynar fazasına son qoyacaq mühüm görüş olacağını” söyləmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə