Cənubi Koreyada təyyarə qəzası ilə əlaqədar təcili müşavirə - YENİLƏNİB
Cənubi Koreyada ölkənin cənub-qərbində baş verən təyyarə qəzasının nəticələrini müzakirə etmək üçün təcili müşavirə keçirilib. SİA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd olunb ki, hadisə yerinə gedən prezident səlahiyyətlərini müvəqqəti icra edən Çxve San Mok müşavirənin keçirilməsi barədə məlumatlandırılıb.
Prezident Administrasiyasının rəhbəri Çon Çjin Suk yüksək vəzifəli məmurlarla birlikdə qəzanın səbəblərinin hərtərəfli araşdırılması və müvafiq nazirliklərin səylərinin əlaqələndirilməsi üçün addımları müzakirə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə