AP suriyalı qaçqınları vətənlərinə qayıtmağa çağırıb

Almaniyalı Avropa Parlamentinin deputatı Aleksandr Yunqblut-un sözlərinə görə, onların əksəriyyəti Bəşər Əsəd rejimindən qaçmaq üçün ölkələrini tərk edib.

İndi respublikada hakimiyyət dəyişdiyindən suriyalıların sığınacaq ehtiyacı qalmayıb.

...Son illərdə Avropaya gələn suriyalı sığınacaq axtaran şəxslər (2023-cü ildə təkcə Almaniyada bir milyona yaxın) Əsəd rejimindən qaçmaq üçün Avropaya qaçıblar, yəni onların artıq sığınacaq üçün əsasları yoxdur. Parlamentari Avropa Komissiyasına müraciətində yazır ki, üsyançılar artıq “azad Suriyaya” ümid bəslədiklərini söyləyərək həmvətənlərini geri dönməyə çağırıblar.

SİA-nın məlumatına görə, bundan əvvəl Suriya Daxili İşlər Nazirliyi Əsəd hökumətinin üzvlərindən dərhal silahlarını təhvil vermələrini tələb etmişdi. Daxili İşlər Nazirliyi keçid dövrü çərçivəsində fəaliyyət göstərir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə