The Hill: “Putin artıq müharibəni uduzub...”

Onun siyasi həyatı çoxlarının gözlədiyindən çox qısa ola bilər..?

...Ən nüfuzlu və populyar amerikalı siyasi analitiklərdən biri, həftəlik “Newsweek International”-ın redaktoru Fərid Zakaria, Rusiyanı 1970-ci illərin Sovet İttifaqına bənzədib. Bu gün dünyanın hər yerindən ekspertlər və analitiklər deyirlər ki, Rusiya lideri Vladimir Putin Suriyada Bəşər Əsədin devrilməsindən sonra “həssas vəziyyətdə”dir. Məsələn, amerikalı politologiya professoru Aleksandr Motıl “The Hill” jurnalına yazdığı məqalədə qeyd edir ki, Rusiya iqtisadiyyatı müharibə səbəbindən zəifləyir və daha çox deformasiyaya uğrayır.

...Fikirləşin: Rusiya Ukraynada qalib gəlsəydi, Putin nüvə silahından istifadə etməklə hədələyəcəkmi?- deyə soruşur və əlavə edir ki, Putinin Rusiyası qaçılmaz olaraq dağılacaq. Bunun dərhal baş verəcəyi fakt deyil, amma olacaq.

...SİA-nın məlumatına görə, Rusiya və Avrasiya üzrə amerikalı ekspert Frederik Starr-dan sitat gətirən ekspertin fikrincə, Putin artıq müharibəni uduzub və “yeganə sual, nizamlanmanın bir hissəsi kimi üzü xilas edən hansı tədbirlərin görülə biləcəyidir”.

Rusiya prezidentinin siyasi həyatı çoxlarının gözlədiyindən çox qısa ola bilər, çünki o, zəifdir. Onun gedişindən sonra Rusiyaya “itirdiklərini” – regional “fövqəlgüc”ü və sağlam iqtisadiyyatı geri qaytarmaq üçün onilliklər lazımdır.

Motıl onu da qeyd edib ki, Putinin artıq 72 yaşı var. Yaşı və səhhətinə dair şübhələr liderə kömək etmir.

“O, getdikcə öz siyasi (və fiziki) sağ qalmasını ölkənin ehtiyaclarından üstün tutmağa hazırdır. Ona görə də Putin batan gəmisinin sükanı arxasında olduğu müddətdə Rusiyanın deqradasiyası, ölümü və mümkün süqutu qaçılmazdır.

Bunu da amerikalı ekspert deyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə