Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya 2024-cü ildə dekabrın 9-dək 124 min 325 suriyalının könüllü, təhlükəsiz və nizam-intizamla vətənlərinə qayıtdığını bildirib.
SİA-nın məlumatına görə, O, Konyada etdiyi çıxışında bunları söyləyib: "Bu il dekabrın 9-na kimi 124 min 325 suriyalı bacı-qardaşımız öz vətənlərinə könüllü, təhlükəsiz, şərəfli və nizamlı şəkildə qayıdıb. Qayıdışların aylıq ortalaması 11 mindir. Suriya azad edildikdən sonra vətənlərinə qayıdan suriyalıların sayı günü-gündən artmaqdadır”.
Daxili təhlükəsizlikdə ictimai asayiş cinayətlərindən terror təşkilatları, mütəşəkkil cinayət şəbəkələri, zəhər satıcıları və kiber hücumlarına qədər Türkiyəyə qarşı bütün təhdidlərə qarşı qətiyyətli mövqe tutduqlarını bildirən nazir “Son terrorçu zərərsizləşdirilənə, son mütəşəkkil cinayət şəbəkəsi məhv edilənə, sonuncu narkotik satıcısı məsuliyyətə cəlb olunana qədər bütün gücümüzlə işimizi davam etdirəcəyik” deyib.
Terror təşkilatı PKK-nın yuvalarına girərək şəhər strukturlarını yıxdıqlarına diqqət çəkən Ə.Yerlikaya sözlərini belə tamamlayıb: “Bu ilin ilk 11 ayında separatçı təşkilata qarşı apardığımız əməliyyatlarla 779 terrorçunu zərərsizləşdirdik. 15 İyul xəyanətkar dövlət çevrilişi cəhdinin əsas məsulu olan FETÖ başçısının ölümündən sonra bu xain terror təşkilatına qarşı mübarizəmizdə də axsamaya imkan vermədik. Terrorun adı başqa olsa da, məqsədi eyni, qidalandığı yer eynidir.
Bu ilin ilk 11 ayında FETÖ, DEAŞ və digər terror təşkilatlarına qarşı apardığımız əməliyyatlar nəticəsində 1894 şübhəli həbs edilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə