...Rusiya prezidenti Vladimir Putinə Ukraynanın pilotsuz uçuş aparatlarının Kazanda yaşayış binalarına hücumu barədə məlumat verilib.
Dövlət başçısı hərbçilərlə təmasdadır.
SİA-nın məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov TASS-a bildirib.
Rusiya lideri mütəmadi olaraq bütün mesajları hərbi idarə vasitəsilə alır.
Peskov deyib ki, Putin gündə iki dəfə bütün hərbi rəhbərlərdən hesabat alır.
Prezidentin mətbuat katibi əlavə edib ki, Putin Kazanın mülki infrastrukturuna hücumdan sonra Tatarıstan rəhbəri Rüstəm Minnixanovla danışıb.
Bu arada Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Lenta.ru-ya müsahibəsində bildirib ki, Rusiya Ukrayna pilotsuz təyyarələrinin Kazana kütləvi reydinə cavab verəcək: “...Biz həmişə olduğu kimi, necə edəcəyimizi bildiyimiz kimi cavab verəcəyik.
Rusiyalı deputatın sözləridir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə