Belarusda “Xozyain-Barin” balqabaq brendi kürüsünün satışı qadağan edilib.
SİA-nın əldə etdiyi məlumata görə, konservləşdirilmiş qidalar təhlükəli məhsullar siyahısına düşüb.
Söhbət Bıxovski Konserv Zavodu MMC-nin məhsullarından gedir.
... “Qosstandart” müəyyən edib ki, göstərilən markanın balqabağından olan kürü nitratların səviyyəsini 2,63 dəfə üstələyir.
400 mq/kq-dan çox olmayan məqbul səviyyədə bu göstəricinin faktiki dəyəri 1052 mq/kq olmuşdur.
Qadağa dekabrın 24-dən qüvvəyə minəcək.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə