Blinken Kiyevi fundamental qərar qəbul etməyə çağırıb

...Ukraynalılar mübarizəni davam etdirmək və ya Rusiya ilə danışıqlar aparmaq eləcə də atəşkəsə cəhd etmək üçün fundamental qərar qəbul etməlidirlər.

SİA-nın məlumatına görə, Deutsche Welle (DW, Rusiya Federasiyasında xarici agent kimi tanını-A.B.) yazır ki, bu çağırışı ABŞ dövlət katibi Entoni Blinken MSNBC-yə müsahibəsində edib.

Dövlət katibi bildirib ki, ABŞ prezidenti Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası Kiyevi və prezident Donald Trampın rəhbərlik etdiyi növbəti ABŞ administrasiyasını potensial sülh danışıqlarına başlamaq üçün “mümkün olan ən yaxşı mövqeyə” qoymağı hədəfləyir.

...Və bu o deməkdir ki, biz Ukraynanın döyüş meydanında mövqeyini gücləndirməyə çalışmalı, onun pul, sursat və səfərbərlik potensialına malik olduğundan əmin olmalıyıq.

...Bundan əvvəl Blinken Ukraynada atəşkəsin yalnız ABŞ və Kiyevin şərtləri əsasında faydalı olacağını bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə