...Kerç sahillərində “Volqoneft 212” və “Volqoneft 239” adlı iki tanker qəzaya uğrayıb. Gəmilərin göyərtəsində 15 və 14 nəfərdən ibarət komandalar var.
SİA-nın məlumatına görə, Rosmorreçflot bildirib ki, iki tankerin qəzaya uğraması nəticəsində neft sızması baş verib.
Xilasetmə əməliyyatı təşkil edilib, tankerlərə iki yedək gəmisi və iki helikopter göndərilib.
13 nəfər xilas edilib, hazırda bir ölüm dəqiq məlumdur.
...Kerç yaxınlığında qəzaya uğrayan tankerlər sakit havada sahil dəniz sularına daxil olmaq qabiliyyətinə malik çay gəmiləri kimi hazırlanıb. Qışda onlar ümumiyyətlə dənizdə olmamalı idilər. Hər iki tanker 4 min tondan çox mazut daşıyıb. Yarıya bölünən tankerdən yanacaq dənizə axıb.
Bunu VChK-OGPU Telegram kanalı yazır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə