İstanbul Hava Limanı yenidən Avropa zirvəsində

Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülkədir Uraloğlu İstanbul Hava Limanının 2-8 dekabr tarixləri arasında gündə orta hesabla 1352 uçuşla Avropa paytaxtlarında olan hava limanlarını geridə qoyaraq liderliyini qoruduğunu bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ə.Uraloğlu yazılı açıqlamasında Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 2-8 dekabr dövrünü əhatə edən Avropa Aviasiya İcmal Hesabatını dəyərləndirib.

Hesabata görə, İstanbul Hava Limanı gündə orta hesabla 1352 uçuşla Avropanın ən işlək hava limanıdır.

Nazir sözügedən mövzu ilə bağlı deyib: “İstanbul Hava Limanımız London, Amsterdam, Paris kimi Avropa paytaxtlarındakı hava limanlarını geridə qoyaraq zirvəsini qorudu. Sabiha Gökçen hava limanımız isə gündəlik orta hesabla 662 uçuşıa 10-cu yerdə olub.

Türkiyənin gündə orta hesabla 2511 uçuşla Avropanın ən çox uçuş yoluna malik ölkələri arasında 6-cı yerdədir.

Uçuş sıxlığında müvəffəqiyyət uçuşa gecikməmə müddətlərində də özünü göstərir. Türkiyə hava məkanımız hər uçuşda 0,5 dəqiqədən bir qədər az gecikmə ilə Avropanın ən səmərəli hava məkanlarından biri sayılıb."

Bütün xəbərlər Facebook səhifəmizdə