Suriya kürdləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın hərbi yardım göstərməkdən mümkün imtina etməsindən qorxurlar ki, bu da onların hərbi birləşmələrinin döyüş effektivliyinə təsir göstərə bilər.
SİA-nın əldə etdiyi məlumata görə,bu barədə ekspertlərə istinadən Financial Times qəzeti yazıb.
...Onlar ABŞ-la münasibətlərdən asılıdırlar, lakin Vaşinqton əlverişli olanda onları zəruri aktiv kimi qəbul edir. Kürdlər onların sövdələşmə predmeti sayıla biləcəyindən narahatdırlar.
Nəşr analitik Renad Mansurun sözlərini sitat gətirir.
Materialın müəllifləri onu da qeyd edirlər ki, Tramp ilk prezidentlik dövründə kürdlərə yardımı qismən azaldıb, həmçinin Suriyanın şimal-şərqindən qoşunların bir hissəsini çıxarıb və bu da onların mövqelərini zəiflədib.
Bundan əlavə, qrupların nümayəndələri Vaşinqtondan dəstək daha da azalarsa, Türkiyənin onlara qarşı təzyiqləri əhəmiyyətli dərəcədə artıracağından ehtiyat edirlər.
Bundan əvvəl məlum olub ki, Suriyanın şimal-şərqindəki Kürd Muxtariyyəti öz qüvvələrini döyüş hazırlığı səviyyəsini maksimuma qaldırmağa çağırıb.
Bununla da kürd qüvvələri ölkə prezidenti Bəşər Əsədin qaçmasına və ölkədə üsyançılar tərəfindən hakimiyyəti ələ keçirməsinə cavab verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə