Fırıldaqçılar qadından 15 milyon rubl oğurlayıblar

...Sankt-Peterburqda cinayətkarlar 45 yaşlı qadından 14,9 milyon rubl oğurlayıblar.

SİA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali paytaxt və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Zərərçəkmişin dediyinə görə, onun telefonuna bildiriş gəlib ki, guya qanunsuz fəaliyyətə görə yoxlanılır. Üstəlik, peterburqlu qadınla özünü “müfəttiş” kimi təqdim edən tanımadığı şəxs əlaqə saxlayıb. O, əmanətlərini qorumaq üçün pulu "təhlükəsiz hesaba" köçürməsi lazım olduğunu vurğulayıb.

Nəticədə qadın demək olar ki, 15 milyon rubl itirib.

Hüquq-mühafizə orqanları Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) ilə cinayət işi açıblar.

Bundan əvvəl Sankt-Peterburqda bir qadın onu tornavida ilə hədələdiyi üçün məhkəmə qarşısına çıxarılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə