Tramp Netanyahuya inanmadığını bildirib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp heç kimə, o cümlədən İsrailin baş naziri Binyamin Netanyahuya güvənmədiyini deyib.

SİA-nın məlumatına görə, o, bu barədə “Time” nəşrinə müsahibəsində bildirib.

Jurnal qeyd edib ki, Tramp seçki kampaniyası zamanı telefon danışıqları zamanı Netanyahunu “inauqurasiyadan əvvəl Qəzza zolağında müharibəni dayandırmağa” çağırıb.

...O, bilir ki, mən bunun bitməsini istəyirəm.

Time qeyd edib ki, İsraildə və ABŞ-da çoxları Netanyahunun istefasına səbəb ola biləcək növbədənkənar seçkilərin qarşısını almaq üçün münaqişəni qəsdən uzatmaqda şübhələnir.

Bunun fonunda jurnal Trampdan baş nazirə etibar edib-etmədiyini soruşub.

…Mən heç kimə etibar etmirəm,- deyə ABŞ-ın seçilmiş prezidenti cavab verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə