Almaniyada parlamentdə olmayan mühacir tərəfdarı olan Müxtəliflik və Oyanış Demokratik Alyansının rəhbəri Teyfik Özcan Suriyanın dağılmasında ABŞ-ın günahkar olduğunu bildirib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, Suriyanın dağılmasında ən fəal rol oynayan ABŞ olub. Eyni zamanda, Özcanın fikrincə, suriyalı qaçqınlar Amerikanın yox, Avropanın probleminə çevrilir. …Suriyanın dağılmasında Qərb, xüsusən də ABŞ günahkardır. Lakin ABŞ coğrafi uzaqlığına görə Yaxın Şərqdən gələn qaçqınları qəbul etmir. Avropa qaçqın problemi ilə təkbaşına üzləşməli olacaq.
Bundan başqa, Özcan onu da əlavə edib ki, Suriya hazırda qeyri-sabit vəziyyətdədir və bu vəziyyət müxtəlif yollarla inkişaf edə bilər.
Bu səbəbdən də həmin ölkədə hadisələrin daha da necə inkişaf edəcəyi ilə bağlı proqnoz verməkdən çəkinməyə üstünlük verir.
Xatırladaq ki, dekabrın 8-də Suriya silahlı müxalifəti ölkə prezidenti Bəşər Əsədin devrilməsini elan etmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə