ABŞ-ın Nevada ştatında 5,8 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 241 min nəfərin yaşadığı Rina şəhərindən 77 km cənub-şərqdə, 3 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Tsunami təhlükəsi ilə bağlı xəbərdarlıq verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə