...Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib. Qərar ikinci turda davam edən erkən səsvermə zamanı qəbul edilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ondan şikayət verilə bilməz və qətidir.
Səsvermənin ilk turunda qalib sağçı siyasətçi Kalin Georgesku olub.
Çərşənbə günü kəşfiyyat agentlikləri TikTok-da 25 min bot hesabının namizədin lehinə təbliğat apara biləcəyinə dair sənədlər dərc edib.
Kəşfiyyat xidmətləri ajiotajı Moskva ilə əlaqələndirir. Georgesku Rusiya ilə hər hansı əlaqəni inkar edir.
...Rumıniya Xarici Kəşfiyyat Xidməti məxfiliyi ləğv edilmiş sənəddə iddia edir ki, Rumıniya Kremlin hibrid fəaliyyətlərinin, o cümlədən kiberhücumların və informasiya sızmasının hədəfinə çevrilib.
Prezident seçkilərinin birinci turu yenidən təşkil olunacaq. Tədbirin vaxtı ayrıca elan olunacaq. Qərarın əsaslandırma hissəsi ayrıca dərc olunacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə