Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərin paytaxtı Dohada Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Əraqçi ilə görüşün Suriyada vəziyyətin sabitləşməsinə kömək edəcəyini bildirib.
SİA-nın məlumatına görə, Moskvada amerikalı jurnalist Taker Karlsona müsahibə verən Sergey Lavrov Suriyadakı son hadisələri yaxından izlədiklərini, türk və iranlı həmkarları ilə mövcud vəziyyəti Astana prosesi əsasları çərçivəsində yenidən necə nəzərdən keçirə biləcəklərini müzakirə edəcəklərini bildirib.
Suriyadakı vəziyyətin kifayət qədər mürəkkəb olduğunu vurğulayan rusiyalı nazir "Bu, mürəkkəb bir oyundur. Bir çox aktyor iştirak edir. Ümid edirəm ki, bu həftə planlaşdırdığımız görüş (Qətərdə) Suriyadakı vəziyyətin sabitləşməsinə kömək edəcək" deyib.
Rusiya, Türkiyə və İranın Astana Prosesi çərçivəsində müntəzəm görüşlər keçirdiklərini xatırladan Lavrov bu ilin axırı və ya 2025-ci ilin əvvəlində görüş planlaşdırdıqlarını açıqlayıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna müharibəsini sona çatdıracağına söz verdiyini xatırladan və bunun hansı şərtlər altında mümkün olacağı sualına isə Lavrov belə cavab verib:
"İyunun 14-də prezident Putin çıxışında buna toxundu. O, İstanbulda (2022-ci ildə) qəbul edilmiş prinsiplər əsasında danışıqlara hazır olduğumuzu bir daha bəyan etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İlham Əliyev Latviya Prezidentini təbrik edib
Siyasət 15:20Siyasi komikslər - Asif Adil YAZIR...
Siyasət 14:08Əli Kərimlini Ramiz Mehdiyevin aqibəti gözləyir - TƏHLİL
Siyasət 14:06Sabah 21 dərəcə isti olacaq
Sosial 12:53Milli Məclisin gələn il üçün xərclər smetasına baxılıb
Siyasət 12:12Milli Məclisin növbəti plenar iclası keçirilir
Siyasət 11:22Keşlə yağış kollektorunda bərpa və yenidənqurma işləri yekunlaşır
İqtisadiyyat 11:1020 noyabr Ağdamın zəfər və dirçəliş günüdür - DEPUTAT
Siyasət 11:10Peşə təhsilində tələbələrin sayı 40 minə çatıb
Təhsil 10:54Qobustanda top mərmisi tapılıb
Hadisə 10:53Bakıda Gələcəyin Peşələri Sammiti başlayıb
Sosial 10:31Azərbaycan nefti 98 dollara satılır
İqtisadiyyat 10:12Məşhur aktyor həbs edildi - xalasına qarşı dələduzluğa görə...
Şou-Biznes 03:2080 milyon avroluq futbolçu "Mançester Yunayted"in transfer hədəfində
İdman 17 Noyabr 23:22Azərbaycanın aqrar sektoruna dair ABŞ-da mühüm müzakirə keçirib
İqtisadiyyat 17 Noyabr 23:01Vanda güclü zəlzələ olub - TƏCİLİ
Dünya 17 Noyabr 22:33Dünya Bankı ilə birlikdə kənd təsərrüfatına dair yeni layihə hazırlanır - GÖRÜŞ
İqtisadiyyat 17 Noyabr 22:19"Ukraynaya vaxtından əvvəl vəd verilib" - Bayden də danışdı....
Dünya 17 Noyabr 22:02Bu avtomobillər hətta təcrübəli sürücüləri də təəccübləndirəcək...
Texnologiya 17 Noyabr 21:52Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
Hadisə 17 Noyabr 21:35Estoniyaya buludda dövlət niyə lazım idi?
Dünya 17 Noyabr 21:28Məkkə paktına üzv ölkələrin növbəti görüşü Almaniyada baş tutacaq
Dünya 17 Noyabr 21:16İqlim dəyişikliyi qlobal maliyyə sistemi üçün təhlükə yarada bilər...
İqtisadiyyat 17 Noyabr 21:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8681
-0,14%
-
GBP
2,2436
+0,04%
-
RUB
2,0687
+0,39%



