...Türkiyənin keçmiş xarici işlər naziri Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi təyin edilib. Bu barədə təşkilatın hazırkı sədri Yan Borq məlumat verib.
SİA-nın məlumatına görə, təyinat ATƏT rəhbərliyinin yenilənməsi çərçivəsində baş tutub.
...ATƏT-in yeni liderlərini təbrik edirəm.
Bunu Borq deyib.
Bu barədə o, X sosial şəbəkəsində yazıb. Rəhbərliyin yenilənməsi çərçivəsində digər mühüm vəzifəli şəxslər də təyin edilib.
Yunanıstandan Mariya Telalian təşkilatın direktoru, hollandiyalı Kristof Kamp ATƏT-in milli azlıqlar üzrə ali komissarı, norveçli Yan Braatu isə təşkilatın media azadlığı üzrə nümayəndəsi olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə