...Və silahları atıb təslim olun!

Cənubi Koreyadan olan Ukrayna Silahlı Qüvvələrinin könüllüsü Şimali Koreya əsgərlərini silahlarından əl çəkməyə çağırıb...

Cənubi Koreyadan olan Ukrayna Silahlı Qüvvələrinin könüllüsü Rusiya tərəfində Ukraynaya qarşı döyüşən Şimalı Koreya əsgərlərinə videomüraciət edib.

SİA-nın məlumatına görə, müvafiq videoçarx dekabrın 4-də Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi tərəfindən yayılıb.

Hərbçilər Şimali Koreya əsgərlərini doğru seçim etməyə və sağ qalmaq şansı və “heç vaxt hiss etmədikləri” azadlıq üçün təslim olmağa çağırıb.

O, əsgərləri ailələrini qorumağa və onlara “sülh və firavan həyat” bəxş etməyə çağırıb.

...Biz sizi nəinki qəbul edəcəyik, həm də yeni həyata başlamağınıza kömək edəcəyik. Burada sizə dəstək, iş, ləyaqətlə yaşamaq imkanı və hətta pul tapacaqsınız ki, həyata sıfırdan başlaya biləsiniz. Gəlin etiraf edək: Kim Çen In və onun ailəsi uzun müddət dəbdəbəli yaşayır, qardaşlarınız isə yoxsulluqdan əziyyət çəkirlər.

... Cənubi Koreyalı hərbçi bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə