Konqoda naməlum xəstəlik səbəbindən 143 nəfər həyatını itirib

Konqo Demokratik Respublikasında 143 nəfər "naməlum xəstəlik" səbəbindən dünyasını dəyişib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Səhiyyə rəsmiləri Kvanqo əyalətində son iki həftə ərzində 143 nəfərin ölümünə səbəb olan xəstəliyin adını "naməlum xəstəlik" olaraq açıqlayıb.

Konqo Milli Biotibbi Araşdırma İnstitutundan olan bir qrup, bölgədə araşdırmalara başlayıb. Eyni zamanda, ictimaiyyəti əl sıxmamağa, əlləri mütəmadi olaraq yumağa və yalnız zəruri hallarda evdən çıxmağa çağırıblar.

Yoluxanlarda qripin simptomları, o cümlədən yüksək hərarət və güclü baş ağrıları müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə