Türkiyə mənzil istehsalı təcrübəsini Səudiyyə Ərəbistanına aparır

Müqaviləyə əsasən, Riyad və Ciddə başda olmaqla böyük şəhərlərdə tikiləcək 400 min yeni ev üçün Türkiyə şirkətlərinə üstünlük veriləcək

Türkiyə mənzil istehsalında təcrübəsini Səudiyyə Ərəbistanı ilə paylaşır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Əmlak Mənzil Daşınmaz İnvestisiya Tərəfdaşlığı (Emlak Konut Gayrimenkul Yatırım Ortaklığı) törəmə şirkəti ilə Səudiyyə Ərəbistanı Milli Mənzil Şirkəti ilə paytaxt Riyadda anlaşma memorandumu imzalandı. Bu müqavilə ilə Türkiyənin podrat (müteahhit) firmalarına Səudiyyə Ərəbistanında irimiqyaslı layihələrdə iştirak etmək imkanı təklif olunacaq.

Riyad və Ciddə başda olmaqla böyük şəhərlərdə tikiləcək 400 min yeni ev üçün Türkiyə şirkətlərinə üstünlük veriləcək.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum mövzu ilə bağlı sosial mediada etdiyi paylaşımda bildirib: “Razılaşma sayəsində Səudiyyə Ərəbistanı şəhərlərində davamlı urbanizasiya fəaliyyəti həyata keçiriləcək. İki ölkə arasında iqtisadi və diplomatik əlaqələr bundan sonra da gücləndiriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə