...Gürcüstan polisi müxalifətin “Axali” partiyasının rəhbəri Nika Qvaramiyanı saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı yazıb.
Qvaramiya partiyasının ofisində aparılan axtarışlardan sonra saxlanılıb.
Siyasətçi hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və onlara tabe olmaqdan imtina edib. Dava zamanı polis Qvaramiyanı zorla maşına mindirərək naməlum istiqamətə aparıb.
Bundan əvvəl Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze bildirib ki, müxalifətin Gürcüstanda “milli maydan” təşkil etmək cəhdi iflasa uğrayıb.
Bu barədə “Radiotochka NSN” Telegram kanalı məlumat yayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə