Deyilənlərə görə, bu, Rusiya liderinə elə də yaxşı şey vəd eləmir..?

...Suriyanın ən böyük şəhərlərindən biri olan Hələb üsyançılar tərəfindən nəzarətə götürülüb (yaxud onun böyük hissəsi –A.B.). Dövlət ordusu rus hərbçiləri ilə birlikdə qaçdı.

Növbəti yerdə Suriyanın mərkəzindəki Həmadır.

...İndi Moskvada sıxışıb Putinlə tamaşaçı gözləyən Bəşər Əsəd rejimi yıxılarsa, Moskvanın Yaxın Şərqdəki təsiri zəifləyəcək.

Pis dillər deyir ki, optimistlər bunun Putinin Kremldən “kənarlaşdırılmasının” xəbərçisi ola biləcəyinə inanırlar.

Çətin ki, ərəbləri dəstəkləməkdə uğursuzluqlar 2022-ci ilin payızında Ukrayna cəbhəsindəki uğursuzluqdan daha çox Rusiya hökumətinə təsir etsin.

Hamıya bir şey aydındır - Rusiyanın tam hüquqlu ikinci cəbhə açmaq üçün ehtiyatı yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, “Den opriçnika” Telegram kanalı məzə ilə yazır ki, Rusiya hakimiyyətinin Əsədə təklif edə biləcəyi maksimum məbləğ Rostov biletidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə