“Qırxıqbaşlar” Rusiyada yenə “qan-qan” deyirlər..?

İddialara görə, “nasistlər təbliğat aysberqinin görünən hissəsidir”...

...Rusiyada “əcnəbilərə” hücumların videoları yenidən populyarlaşıb. Hər ay internetdə Qafqaz və Orta Asiyadan olan miqrantlara, antifaşistlərə, geylərə və ya evsizlərə qarşı zorakılığın yüzə yaxın qeydi görünür.

SİA-nın məlumatına görə, aparılan sorğuda iştirak edənlər, bu gün Rusiyadakı nasist skinhed subkulturasının dirçəlişini aqressiv dövlət militarist təbliğatı fonunda baş verdiyini deyiblər.

...Bir qrup neonasist yaşayış binasının yaxınlığında səkidə bir nəfəri döyüb. Video qurbanın artıq yerdə oturduğu zaman başlayır və hücum edənlər onu mühasirəyə alaraq təpikləyirlər. Sonra qurban ayağa qalxa bilir. Qaçmamaq üçün onu yerə yıxaraq döyürlər, aralarında təbii ki bunları lentə alan operator da var.

Sonradan yayımlanan videoda döyülən iri, orta yaşlı kişidir. Onun üzü kadra daxil edilməyib. Təsvirdə o, “xaç” adlanır. Video “White Boys Nevograd” bandası adından yayılıb.

…Bu, Rusiyada irqçi zorakılıq videolarının dərcini izləyən Nazi Video Monitoring Project teleqram kanalının yazısıdır. Yazı noyabrın 26-da yayımlanan, hücumun Sankt-Peterburqda baş verdiyi iddia edilən videoya həsr olunub. Antifaşistlər videonun özünü dərc etmirlər.

…Hücumun qurbanı və ya hücum edənin kim olduğunu bilirsinizsə, hadisə yerini tanıyırsınızsa və ya hadisə ilə bağlı hər hansı başqa məlumatınız varsa, lütfən, bizə bildirin.

Bunu antifaşistlər yazırlar.

…Mən Hindistandan olan neyrocərraham, Sankt-Peterburqda yaşayıram. Mən metro stansiyasından dayanacağa gedəndə, məni arxadan vurdular, mən nə baş verdiyini anlamaq üçün qulaqcıqımı çıxardım, təxminən 22-23 yaşlarında bir oğlan mənə qışqırmağa başladı: “Rusiya ağlar üçündür, sən qara adam buradadırlar sənə yer yoxdur”. Mən təbii ki, qaçdım və o, başıma vurmağa çalışdı. Özü də izdihamlı bir yerdə…

Sonradan “Fontanka” jurnalistləri döyülənin şəxsiyyətini təsdiqləyiblər, o, həqiqətən Hindistandan olan neyrocərrahdır.

İddialara görə, hücumların coğrafiyası genişdir: bu gün cinayətlər Moskvada, Moskva vilayətində, Ryazanda, Novosibirskdə, Omskda törədilməkdədir.

Yeri gəlmişkən, bu yaxınlarda Kostroma hadisəsi rezonans doğurub. Belə ki, “Made With Hate” yerli qrupunun doqquz üzvü yerli solçu fəalların keçirdiyi film nümayişindən qayıdan iki gəncə hücum ediblər. Zərərçəkənlərdən biri alovlu fişəng

ilə üzündən yara alıb, digəri isə bir gözünü itirib.

İndi “Made With Hate” ilə…guya Kostroma polisi məşğul olur.

Qeyd edilməlidir ki, onlar əvvəllər də zorakılıq videolarını dərc ediblər.

…Nasist Video Monitorinq Layihəsindən olan antifaşistlər ciddi şəkildə statistika toplayırlar: 2023-cü ilin yayından bəri onlar hər ay əllidən yüzə qədər videonun görünüşünü qeyd ediblər.

Hücumların qurbanları ilə bağlı statistika da mövcuddur: ilk növbədə bunlar “qeyri-ruslar”, eyni zamanda risk altında olan evsizlər, içki içənlər və ya faşistlərin “aşağı” hesab etdikləri narkomanlar, LGBT insanlar və antifaşistlərdir...

Oxşar məlumatları ksenofobiyanın təzahürlərini izləyən SOVA mərkəzi də dərc edir. 2024-cü ilin oktyabr ayında SOVA 30 irqçi hücum və 20 vandalizm hadisəsi qeydə alıb. 2024-cü ilin cəmi 10 ayı ərzində mərkəz nifrət zəminində sağlamlığa ciddi zərər vurma ilə bağlı 232 hadisəni təsdiqləyib.

Bəs, “müzəffər və humanist rus polisi” hara baxır?

..Gərək ki, yadınızda olar, bir xeyli müddət bundan əvvəl SİA bununla bağlı yazmışdı: “…şahidlərin də dediyinə görə, rusiyanın əyalət şəhərlərini demirəm, elə Moskvanın özündə “qırxıqbaşlar”ı görən polis girməyə dəlik axtarır və onların heç bir qeyri-qanuni əməllərinə müdaxilə etmir”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə