Tramp, səs-küylü bəyanatlara meyllidir

Puşkov Trampın BRİKS ölkələrini hədələməsi ilə bağlı danışıb…

...Senator Aleksey Puşkov Ağ Evin seçilmiş rəhbəri Donald Trampın bir gün əvvəl BRİKS ölkələrinə qarşı səsləndirdiyi təhdidləri şərh edib. Rusiyalı siyasətçi əmindir ki, Amerika lideri öz imkanlarını şişirdir.

... SİA xatırladır ki, Tramp yeni valyutanın xeyrinə beynəlxalq ödənişlərdə ABŞ dollarından imtina etsələr, BRİKS ölkələrindən idxal edilən mallara “qırmızı” rüsumlar tətbiq edəcəyini vəd etmişdi.

Federasiya Şurasının İnformasiya Siyasəti və KİV-lə Qarşılıqlı Əlaqələr Komissiyasının rəhbəri əmindir ki, Donald Trampın hədə-qorxuları deklorativ xarakter daşıyır və hazırkı geosiyasi və iqtisadi şəraitdə mümkün deyil.

Puşkov mikrobloqunda aydınlaşdırıb ki, Amerika siyasətçilərinin özlərini “bir qəti addımla... və ya hədələyici ultimatumla” çətin vəziyyətləri aradan qaldıra bilən bir növ supermen kimi təsəvvür etmələri adi haldır.

Rusiyalı senator vurğulayıb ki, ABŞ qloballaşma ideyalarını təbliğ etməklə yanaşı, tələyə düşüb.

Onlar başqa ölkələrdən idxaldan asılıdır.

Vaşinqton BRİKS iştirakçılarına milli valyutalarda ödənişlərə keçidi ilə bağlı şərtləri diktə edə bilməz və daha çox SWIFT-ə alternativin yaradılması ilə əlaqədardır.

Bu arada BRİKS genişlənməyə davam edir. Çin isə Amerika sanksiyaları ilə mübarizədə Rusiyanın təcrübəsini mənimsəmək qərarına gəlib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə