İran İsrailin BMT Baş Assambleyasından çıxarılmasını tələb edir

Birləşmiş Millətlər Təşkilatının tribunalarından da İsrail ordusunun Qəzza zolağındakı hərəkətləri ilə bağlı İsrailə qarşı sərt ritorika səslənir.

SİA-nın əldə etdiyi məlumata görə, bu dəfə bəyanatla İran tərəfinin nümayəndəsi çıxış edib.

...İran İnsan Haqları Şurasının baş katibi Kazem Qarib-Abadi Antonio Guterreşə ünvanladığı bəyanatda Təl-Əvivin müharibə cinayətlərinə görə cəzalandırılmasını istəyib.

Onun fikrincə, İsrail BMT Baş Assambleyasından xaric edilməlidir.

...İsrailin BMT-dən qovulma cəzası da daxil olmaqla, cinayətlərinə görə cavab verməli və ödəməli olduğu vaxt gəldi. İran nümayəndəsi həmçinin qeyd edib ki, Təl-Əvivin maksimum təcrid olunması və İsrail rəhbərliyinin hərəkətlərinə birgə müqavimət İsrail müdafiə qüvvələri cinayətlərinin qarşısını almağa kömək edəcək.

Bundan əvvəl BCM İsrail hökumətinin başçısı Netanyahu və Müdafiə Nazirliyinin keçmiş rəhbəri Qalantın həbsinə order vermişdi. Eyni zamanda, Aİ BCM-nin qərarının icrasına ehtiyac olduğunu açıqlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə