Qərb, elə ABŞ da Çin avtomobillərindən ehtiyatlanır...

Pekin həssas məlumatları əldə edə bilər..?

Avstraliyanın daxili işlər naziri Toni Berk, departamentlərinin xəbərdarlıqlarına əsaslanaraq Çinin elektrik avtomobilindən özlərini və ölkənin həssas məlumatlarını qorumaq üçün “ehtiyat tədbirləri” görməyə məcbur olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Daxili İşlər rəsmilərinin fikrincə, bu cür nəqliyyat vasitələri ilə əlaqəli risklər, avtomobilə qoşulmuşdusa, sahibinin telefonundan məlumat toplamaq, səsli zənglərə qulaq asmaq, avtomobilin xarici kameralarından görüntülərin toplanması və geolokasiyanın izlənilməsi ola bilər.
Bu məsələ ilə bağlı “The Strategist”-də yer alan məqalə müəllifinin fikrincə, bu o deməkdir ki, Berk dövlətin gizli məkanına getsə, avtomobil istehsalçısı bunu görə biləcək.

Qeyd edək ki, Birləşmiş Ştatlar müşahidə və təxribat qorxusuna görə Amerika avtomobillərinə Çin texnologiyasını qadağan etmək planlarını açıqlayıb.
...Avstraliya ABŞ-ın Çin avtomobil texnologiyasına qoyduğu qadağaya ABŞ-Çin ticarət müharibəsinin eskalasiyası kimi deyil, oyanış çağırışı kimi baxmalıdır: texnoloji tərəqqi strateji rəqabətin əsasını təşkil edir və həll edilməli olan real təhlükəsizlik təhdidləri yaradır”.

Bu həmən materialda deyilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə